Ermənistanın Baş naziri Nikol Paşinyan orduda hərbçi intiharlarının 3 əsas səbəbini sadalayıb.
"Yeni Sabah" xəbər verir ki, o, ilk səbəb kimi qumarı göstərib:
"Ordumuzda hərbçilərin niyə intihar etdiyini bilirsinizmi? Bunlardan biri qumar oynamaq, borca girmək və sonra bu borcları ödəyə bilməməkdir". Dördpendirli pizza
Paşinyan bildirib ki, Ermənistan hökuməti artıq aktiv hərbçilərin qumar oynamasını qadağan etmək üçün qanuni tədbirlər görüb, lakin sistem hələ də tətbiq mərhələsindədir.
"İkinci səbəb ailə və ya şəxsi problemlərdir. Üçüncü səbəb çox spesifik bir vəziyyətlə bağlıdır: ön cəbhədə xidmət edərkən yatmaq. Əgər hərbçi öz postunda yuxuya gedərsə, o, başqalarının həyatını təhlükəyə atır".
Telegram kanalımız