Paşinyan “Qarabağ bayraqları”nı Azərbaycanla yeni müharibə təhlükəsi adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan “Qarabağ bayraqları”nı Azərbaycanla yeni müharibə təhlükəsi adlandırdı

Dünya

17 İyun 2026 17:58 442


Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət deputatları tərəfindən parlament masalarına qoyulan “Qarabağ bayraqları”nı Azərbaycanla yeni müharibə təhlükəsi adlandırıb.

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatı o, parlamentdə hökumət saatı zamanı səsləndirib.

"Parlamentimizdə “Qarabağ bayraqları”nın olması müharibə təhlükəsidir. Onlar bu söhbəti açır, təxribat törədirlər. Qarabağ məsələsi bağlanıb. Müxalifət sülhə təhlükə yaradır, - deyə Paşinyan qeyd edib. - Vəziyyətin qeyri-sabitləşməsinin qarşısını almaq üçün səy göstərməliyik. Biz sülhü institusional şəkildə inkişaf etdirməyə davam edirik". pizza

Baş nazir bildirib ki, dəvət olunarsa, 2027-ci ildə Avropa Siyasi Birliyinin sammiti üçün Bakıya səfər etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!