Paşinyan: Sərhədin delimitasiyası üzrə aktiv iş gedir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Sərhədin delimitasiyası üzrə aktiv iş gedir

Dünya

08 Yanvar 2026 16:18 393


Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi çərçivəsində aktiv iş gedir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, delimitasiya prosesi Almatı bəyannaməsi əsasında Ermənistan ilə Azərbaycan arasında sərhədin tənzimlənməsinə yönəlib. Pepperoni pizza

"İndi proses gedir, delimitasiya işləri davam edəcək. Ən azı TRIPP ("Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu") layihəsi çərçivəsində kommunikasiyaların işləməyə başlaması üçün sərhədlər demarkasiya edilməlidir", - Paşinyan qeyd edib.

Bundan əlavə, o, ABŞ-nin vitse-prezidenti Vensin TRIPP layihəsinin başlanması üçün Ermənistana səfər edə biləcəyi barədə məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

"Bu səviyyədə bir səfər haqqında məlumatı yüz faiz təsdiqləyə biləcək şey yalnız rəsmi məlumatdır", - o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!