Paşinyan şikayətləndi: “Laçın dəhlizi nəzarətdən kənarda qalıb“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan şikayətləndi: “Laçın dəhlizi nəzarətdən kənarda qalıb“

Rəsmi

27 Dekabr 2022 14:54 869


"Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətindən kənarda qalıb".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Putinlə görüşdə deyib.

"Hazırda əsas məsələ, ən operativ məsələ Laçın dəhlizindəki böhrandır. Laçın dəhlizi 20 günə yaxındır ki, bağlanıb. Bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir", - deyə Paşinyan vurğulayıb.  Dominos pizza

Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır: "İndi məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil. Təbii ki, bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!