Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına həsr olunmuş müşavirə keçirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.
Müşavirədə “TRIPP Development Company”nin (TDC) hüquqi və müqavilə sənədləri paketi, eləcə də qarşıdakı addımlar müzakirə olunub. Toyuqlu pizza
Xüsusilə, şirkətin nizamnaməsinin və səhmdarlar arasında müqavilə layihəsinin hazırlanması istiqamətində görülən işlər təqdim edilib.
Bildirilib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı bu formatda müzakirələr davamlı xarakter daşıyacaq.
Telegram kanalımız