Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Dünya

30 Oktyabr 2025 10:50 164


Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması artıq zaman məsələsidir, çünki bu prosesin qarşısında ciddi maneələr yoxdur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Paris Sülh Forumunun panel müzakirəsində bildirib.

“Düşünürəm ki, bu, baş verəcək. Nə qədər tez - bu, başqa məsələdir. Hesab edirəm ki, biz o anın yaxınlaşdığı mərhələdəyik ki, tam diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi və siyasi əməkdaşlıq qurulacaq və biz normal qonşular olacağıq. Əminəm ki, bu an yaxınlaşır, amma dəqiq vaxtını deyə bilmirəm”, – Paşinyan vurğulayıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!