Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
"Yeni Sabah" xarici mətbuata istinadən xəbər verir ki, tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı iradələrini təsdiqləyiblər.
Nikol Paşinyan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. pizza mizza
Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə ediblər. Paşinyan və Makron Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.
Telegram kanalımız