Paşinyan vəzifədən azad etdi, dərhal Ermənistandan qaçdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan vəzifədən azad etdi, dərhal Ermənistandan qaçdı - Foto

Siyasət

12 İyun 2025 19:06 522


Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə vəzifəsindən azad olunan Ermənistanın daxili işlər nazirinin müavini Aram Ovannisyan ölkədən qaçıb. 

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Mediahub” məlumat yayıb.

Nəşr yazır ki, əslində Paşinyan Ovannisyandan istefa ərizəsi yazmağını tələb edib. Bu isə öz istəyi kimi təqdim olunub. Baş nazir qərar imzaladıqdan sonra Aram Ovannisyan heç kimlə vidalaşmadan hökumət binasını tərk edib, daha sonra ABŞ-a qaçıb. pizza hut

Məlumata görə, Ovannisyan belə bir hadisənin baş verəcəyini gözləməyib. O, hökumətlə arası yaxşı olduğu üçün özünü toxunulmaz hesab edib. Lakin baş nazirin qərarı onu qorxudub və nəticədə ölkəni birdəfəlik tərk edib.

9sT9SV0V4exlVjQIEyAE4dD7LVymJbV6bITzkWMP


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!