Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA

Siyasət

28 Aprel 2025 19:41 430


"Ermənistan sülh sazişi ilə yanaşı ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə bəyanat imzalamağa hazırdır".

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Estoniyaya səfəri zamanı həmkarı Kristen Mixal ilə birgə mətbuat konfransı zamanı bəyan edib.

O, İrəvanın Moskva ilə münasibətlərinə də toxunaraq, qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil. Dominos pizza

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Amma mən çox açıq demək istərdim, məncə, Ermənistanda da çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr səslənir. Bizim heç bir şəkildə Rusiya ilə münasibətləri gərginləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", - deyə baş nazir bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!