Paşinyanı Sankt-Peterburqda gözləyirik, çünki... - Putinin köməkçisi

Paşinyanı Sankt-Peterburqda gözləyirik, çünki... - Putinin köməkçisi

Rəsmi Veb saytların hazırlanması

23 Noyabr 2023 17:52 1241


“Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və dekabrda Sankt-Peterburqda keçiriləcək Aİİ sammitində iştirak edəcəyini gözləyir, xüsusən bu strukturlardan ikincisinin sədrliyi Ermənistana keçdiyi üçün”.

Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib: “Düşünürəm ki, Ermənistanın nümayəndələri Sankt-Peterburqa gələcəklər. Orada MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü və Aİİ-nin rəsmi iclası keçiriləcək.

Yeri gəlmişkən, həmin sessiyada prezidentlik bizdən sonra Ermənistana keçəcək, ona görə də hesab edirəm ki, Paşinyan Vladimir Putindən estafeti qəbul etməyə gələcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!