Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Paşinyanın bu sənədi ondan xəbərsiz elan etməsi onu göstərir ki...”
31 May 2021 22:09
2052

“Paşinyanın bu sənədi ondan xəbərsiz elan etməsi onu göstərir ki...”

Ermənistan xarici işlər naziri ötən həftə Ara Ayvazyan ardınca nazir müavini və mətbuat katibi istefa verdi. Bu istefaların əsas səbəbi xarici işlər naziri və burada müəyyən şəxslərin apardığı xəttin Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyəyə qarşı siyasəti ilə üst-üstə düşməməsidir.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloq bildirib ki, N.Paşinyan Xarici işlər nazirliyinin işindən narazı olub və bu strukturda kadr dəyişikliyində maraqlı idi:

"Çünki, Ara Ayvazyan və müavinlərinin verdiyi bəyanatlar konkret sülh və təhlükəsizliyə deyil, münaqişənin qızışdırlması və Azərbaycana qarşı revanşist mövqe idi. Hətta Ara Ayvazyan və istefaya gedənlər Robert Koçaryanın siyasətinə uyğun mövqe ortaya qoyurdular. Onların seçkilərdə R.Koçaryanın, xüsusilə Rusiyanın siyasi planında yer alması mümkündür.

Xarici işlər nazirliyi temizlənəndən sonra növbə orduya gələcək. Ordu rəhbərliyi təmizlənib. Amma, yerlərdə generallar qalmaqdadır".

"Məhz XİN fəaliyyəti Baş nazir Nikol Paşinyanın siyasəti ilə uzlaşmırdı. Hətta N.Paşinyan Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi üzrə masada olan sənədi XİN rəhbərinin xəbəri olmadan elan etmişdir. Bu onu göstərir ki, Ermənistanda hakimiyyətdə ciddi boşluqlar var.

Baş nazir Nikol Paşinyan ətrafında bu kimi şəxslərin uzaqlaşması heç də seçkilərdə mövqeyini zəiflətməyəcək. Hətta komandasını daha da etibarlı və razılaşmalara əməl edəcək şəxslərdən toparlayacaq. Bu da onun mövqeyini möhkəmləndirəcək. Sabiq Baş Qərargah rəisi Onik Qasparyan və istefaya gedən Ara Ayvazyan radikal baxışlı, Kremlə tabe olan Nikol Paşinyanın siyasətini sabotaj edən qrup idi.

Göründüyü kimi Ermənistanda nazirliklərin Paşinyana tabe olmaması və sabotajları Azərbaycanla dövlət sərhədində terrorçu fəaliyyətə gətirib çıxarmışdır. Azərbaycanın qətiyyətli və prinsipial hərbi hərəkətliyi bu planın qarşısını aldı", - deyə M.Əsədullazadə fikirini tamamlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər