“Patriot” raketləri rus təyyarələrini vurmaq üçündür - Rayder

saytların hazırlanması

Evə çatdırılma

“Patriot” raketləri rus təyyarələrini vurmaq üçündür - Rayder

Dünya

11 Yanvar 2023 14:08 678


“Amerikanın “Patriot” zenit-raket kompleksləri Ukrayna Silahlı Qüvvələrinə Rusiya ballistik raketlərini və təyyarələrini vurmağa kömək edəcək”.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bunu Pentaqon nümayəndəsi, briqada generalı Pet Rayder deyib.

Onun sözlərinə görə “Patriot” kompleksləri, xüsusən də son bir neçə ay ərzində Rusiyanın hücumlarını artırdığını nəzərə alsaq, Ukraynanın hava hücumundan müdafiə sisteminin imkanlarını gücləndirəcək: Dominos pizza

“Bu, ABŞ və müttəfiqlərinin Ukraynanı əhalisini və silahlı qüvvələrini qorumaq üçün lazım olan hava hücumundan müdafiə avadanlığı ilə təmin etmək üçün daha geniş səylərinin bir hissəsidir”.

Rayder xatırladıb ki, ukraynalı döyüşçülərin kompleksdən istifadə etmək üçün təlimi cəmi bir neçə ay çəkəcək, halbuki, adətən, bu, təxminən bir il çəkir. Məlumdur ki, amerikalılar 90-dan 100-dək ukraynalı hərbçiyə təlim keçəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!