“Paytaxtda minə yaxın bina söküləcək” - Bakı meri

saytların hazırlanması

Evə çatdırılma

“Paytaxtda minə yaxın bina söküləcək” - Bakı meri

Sosial

01 Noyabr 2022 23:58 2410


Paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “XəzərXəbər”ə  müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  bildirib.

Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir. pizza

Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli  şəkildə köçürüləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!