Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI

Sosial

21 İyul 2026 18:39 136


Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda: pizza mizza

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

5. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Babək prospekti, "Maşın bazarı"ndan Günəşli qəsəbəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

11. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

13. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

15. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!