Pediatrdan qriplə bağlı tövsiyələr

saytların hazırlanması

Evə çatdırılma

Pediatrdan qriplə bağlı tövsiyələr

Sağlamlıq

29 Yanvar 2019 16:01 1294


Son vaxtlar qrip virusunun yayılması ilə bağlı həkimlər insanlara müraciət edərək ehtiyatlı olmağı, özbaşına hərəkət etməməyi, vaxtında həkimə getməyi məsləhət görürlər.

“Yeni Sabah” xəbər verir ki, pediatr Vaqif  Qarayev  də  uşaqlar arasında yayılmış xəstəliklərlə bağlı paylaşım edib. 

O, xəstəliklərin əlamətlərini sadalayıb və məsləhətlər verib. V.Qarayev bildirib ki, qızdırmasalıcıların ilk dozasını verəndən sonra xəstənin sağalacağını düşünməyin: pizza hut

“ Son vaxtlar yayılmış xəstəliklər yüksək qızdırma ilə müşaiyət olunur. Qızdırmasalıcıların ilk dozasını verəndən sonra sağalacaq deyə düşünməyin. Qızdırmanı normaya salmağa çalışmayın, çünki düşməyəcək. Ona görə hər 5 dəqiqədən bir müxtəlif dərmanları uşağın mədəsinə doldurmağa ehtiyac yoxdur. Virus bir neçə gün uşağın orqanizmində yaşamalıdır”.

Həkim əlavə edib ki, özbaşına öskürək dərmanlarından istifadə etməyin: “Həkimlə məsləhətləşmək, burunu tez-tez duz tərkibli məhlullarla təmizləmək lazımdır.

Həmçinin özbaşına antibiotik verməyin, bu da xoşagəlməz  nəticə verə bilər. Uşaqları bankalamaq olmaz, əks halda vəziyyəti ağırlaşacaq. Çoxlu maye (su,çay,şirələr,kompotlar) verin. Meyvə-tərəvəzdən bol-bol istifadə edin, otağın havasını tez-tez dəyişin, əlləri tez-tez yuyun, ilıq vannalardan da istifadə etmək olar. Qızdırma 3-4 gündən artıq davam edərsə, mütləq həkimə göstərin. Əgər uşağınız qızılcaya qarşı peyvənd olunmayıbsa xəstəliyin ilk günlərində mütləq həkimə müraciət edin”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!