ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Nümayəndələr Palatasında Demokratların lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.
Yenisabah.az “BBC”yə istinadla xəbər verir ki, o, 20 ilə yaxın bu vəzifədə çalışıb.
82 yaşlı Pelosi Nümayəndələr Palatasının ilk qadın spikeridir. Lider vəzifəsindən getməsinə baxmayaraq, Pelosi Konqresin aşağı palatasında Kaliforniyanı təmsil etməyə davam edəcək. Dördpendirli pizza
Nümayəndələr Palatasının spikeri bildirib: “Növbəti Konqresdə mən yenidən Demokratların lideri seçilməyə çalışmayacağam. Demokratlara yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb”.
Güman ki, Nümayəndələr Palatasında demokratların liderliyini Nyu-Yorku təmsil edən konqresmen Hakim Cefris tutacaq.
Telegram kanalımız