Pensiya artımı ilə bağlı mühüm xəbər

saytların hazırlanması

Evə çatdırılma

Pensiya artımı ilə bağlı mühüm xəbər

Sosial

24 İyun 2026 13:55 5041


"Hazırda pensiyalar məbləğindən asılı olmayaraq eyni faizlə indeksləşdirilir. Orta aylıq əməkhaqqının artım tempi 8 faiz olarsa, bütün pensiyalar da eyni – 8 faiz səviyyəsində artırılır".

“Yeni Sabah” xəbər verir ki, bunu Baku.ws-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu zaman 300 manat pensiya alan vətəndaşın aylıq ödənişində artım 24 manat təşkil etdiyi halda, 3000 manat pensiya alan şəxsin pensiyası 240 manat artır: pizza mizza

"Nəticədə yüksək pensiya alanlarla aşağı pensiya alanlar arasında artım məbləği baxımından ciddi fərq yaranır. Mövcud indeksləşdirmə fondu çərçivəsində daha diferensial yanaşmanın tətbiqi məqsədəuyğun ola bilər. Bu halda vəsaitlərin bölgüsündə yalnız faiz göstəricisi deyil, sosial meyarlar da nəzərə alına bilər".

Deputat qeyd edib ki, xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşların pensiyalarının daha çox artırılması üçün müxtəlif kəmiyyət və sosial göstəricilərdən istifadə edilə bilər:

"Bu meyarlara ailə vəziyyəti, tək valideynlik statusu, himayədə olan uşaqların sayı və digər sosial amillər daxil edilə bilər. Belə bir mexanizm sosial müdafiəyə daha çox ehtiyacı olan pensiyaçıların gəlirlərinin artırılmasına və sosial ədalətin gücləndirilməsinə xidmət edə bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Adil
    Pensiyaları inflyasiyaya uyğun etsenizde, pensiya kapitanları niye bes ona uyğun etmirsiniz? aşağı % le edirsiniz? Ölkemizde beyem ferqli inflyasiya olur? Birde her il yığılan kapitalimizin 10% ni niye götürürsünüz? Deyirsiniz, bu bizim size etdiyimiz xidmet haqqidir.
    18 hours ago