Pensiya və minimum əməkhaqqı artırılacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Pensiya və minimum əməkhaqqı artırılacaq? - Açıqlama

Sosial

29 May 2024 14:10 16433


“Böyük ehtimalla 2024-cü ildə minimum pensiya və minimum əməkhaqqının artırılması istiqamətində qərarlar qəbul edilməyəcək. Fikrimcə, hələlik bu istiqamətdə addımın atılması gözlənilən deyil. Amma 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq. Eyni zamanda minimum əməkhaqqı da artırılacaq”.

Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov söyləyib.

O qeyd edib ki, gələn ildən saatlıq minimum əməkhaqqına keçidin tətbiq olunması ehtimalı böyükdür: pizza mizza

“Saatlıq minimum əməkhaqqına keçid vətəndaşlar və işəgötürənlər üçün manevr imkanlarını genişləndirə bilər. Əməyin daha dolğun qiymətləndirilməsi ilə diskriminativ məqam və formaların aradan qalxması mümkün olar. Hər bir şəxs işlədiyi saatlara uyğun əməkhaqqı ilə mükafatlandırılar”.

İqtisadçı əlavə edib ki, hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir:

“Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!