Pentagon İrana hücumda iştirak etməyib

saytların hazırlanması

Evə çatdırılma

Pentagon İrana hücumda iştirak etməyib

Dünya

30 Yanvar 2023 09:11 708


İrana qarşı son hücumlarda ABŞ hərbi qüvvələri iştirak etməyib.

Yenisabah.az "Kan Channel"ə istinadla xəbər verir ki, bunu bir ABŞ rəsmisi bildirib.

O əlavə edib ki, Amerika hələ də hadisələri izləyir. Dördpendirli pizza

Bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hadath" nəşri iddia edib ki, gecə İran Müdafiə Nazirliyinin obyektinə qarşı əməliyyatı ABŞ və İsraildən kənar bir ölkə həyata keçirib.

“Wall Street Journal” qəzeti isə Amerika rəsmilərinə və bəzi digər məlumatlı mənbələrə istinadən hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib.

Xatırladaq ki, yanvarın 28-də saat 23:30 radələrində İsfahandakı hərbi təyinatlı obyektə 3 kvadrokopterlə uğursuz hücum həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!