Pentaqon Ukraynaya 1 mlrd-lıq yardım ayırdı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Ukraynaya 1 mlrd-lıq yardım ayırdı

Dünya

10 Sentyabr 2022 09:15 761


ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilmək üçün ABŞ hərbi birləşmələrindən ələ keçirilən silah və texnika ehtiyatlarının artırılması üçün bir sıra silah istehsalçılarına 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Yenisabah.az CNN-ə istinadla xəbər vrir ki, yardımın bir hissəsi istehsalçılardan müqavilələr əsasında alınıb, lakin silahların əhəmiyyətli hissəsi, təxminən 12,5 milyard dollar dəyərində olanı prezident səlahiyyətləri çərçivəsində verilib. Xüsusilə, "Javelin" tank əleyhinə sistemləri, "Stinger" MANPADS və HIMARS MLRS, "Switchblade" pilotsuz uçuş aparatları birbaşa ABŞ-ın mövcud hərbi inventarından çıxarılıb.

Pentaqonun rəsmisi Bill Laplantdan bildirib ki, artıq yerli ehtiyatların artırılması üçün təxminən 1,2 milyard dollarlıq müqavilələr imzalanıb. Onun sözlərinə görə, hazırda Ukraynaya vəd edilən avadanlıq, o cümlədən 155 mm-lik artilleriya mərmiləri, "Switchblade" dronları, radar sistemləri və taktiki maşınlar üçün daha 1,2 milyard dollarlıq müqavilələrin icrası həyata kleçirilir. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!