Pentaqon Ukraynaya dəyəri 2 milyard dollardan çox olan yeni təhlükəsizlik yardımı paketi təqdim etdiyini açıqlayacaq.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin nümayəndələri danışıb.
Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində ayrılacaq vəsaitlər raket buraxılış qurğuları və "Hawk" raketlərinin, həmçinin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün iki növ raketin alınmasına yönəldiləcək. pizza sifarişi
Mənbələrin bildirdiyinə görə, yeni paket çərçivəsində Ukrayna “Lockheed Martin” şirkətinin istehsalı olan təkmil “Pac-3” antiradar raketlərini, “Raytheon Technologies” şirkətinin istehsalı olan təkmil GEM-T istiqamətləndirmə sisteminə malik antiradar raketlərini alacaq.
Telegram kanalımız