Pentaqondan Ukraynaya yeni hərbi yardım paketi

saytların hazırlanması

Evə çatdırılma

Pentaqondan Ukraynaya yeni hərbi yardım paketi

Dünya

09 Dekabr 2022 10:20 539


ABŞ Ukraynaya PUA-larla mübarizə və hava hücumundan müdafiəni gücləndirmək üçün yeni imkanlar təklif edən 275 milyon dollarlıq hərbi yardım paketi göndərməyə hazırlaşır.

Yenisabah.az "Reuters"ə istinadla xəbər verir ki, Pentaqonun, həmçinin HIMARS raketləri, 155 mm-lik döyüş sursatları, hərbi "Humvee" və generatorlar tədarük edəcəyi gözlənilir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü yardım paketi ilə bağlı şərh verməkdən imtina edib. Yardım paketlərinin məzmunu və ölçüsü Prezident tərəfindən imzalanana qədər dəyişdirilə bilər. Toyuqlu pizza

Bundan əvvəl ABŞ Ukraynaya bir neçə həftədir fəaliyyət göstərən mürəkkəb NASAMS zenit sistemləri göndərib.

Vaşinqton həmçinin "Stinger" raketləri və HAWK ələ keçirən raketlərdən istifadə edən dörd "Avenger" qısamənzilli hava hücumundan müdafiə sistemi göndərəcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!