Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronun arzuolunmaz şəxs elan edilməsinə səs verib.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, Petroya qarşı belə bir qərara səbəb onun Peru polisi ilə bağlı açıqlamalarıdır.
Təşəbbüsü deputatlara parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Maria del Karmen Alva Prieto təqdim edib. Pepperoni pizza
O qeyd edib ki, Kolumbiya prezidenti fevralın 11-də xalq qarşısında çıxışı zamanı polisi təhqir edib və onu nasist qoşunlarına bənzədib.
Telegram kanalımız