Pərviz Bülbüləni Türkiyədə döyüblər: “Çox pis vurdu, başım fırlandı“   + Video

saytların hazırlanması

Evə çatdırılma

Pərviz Bülbüləni Türkiyədə döyüblər: “Çox pis vurdu, başım fırlandı“ + Video

Şou

28 Yanvar 2021 13:04 1461


Tanınmış meyxanaçı Pərviz Bülbülə Türkiyədə başına gələn hadisə barədə danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan meyxanaçı Türkiyədə qız üstündə döyüldüyünü deyib:

“Türkiyədə səfərdə idik, məclisdən çıxdıq. Taksim meydanında gəzirdim, başım qarışdı. Mağazalara baxırdım, fırlananda gördüm ki, bir qızdır, başında bandana, qulağında qəribə sırğalar, əlində spirtli içki düz mənim üstümə gəlir. Mən baxdım, fikirləşdim ki, bu görəsən mənim üstümə niyə  gəlir? Yanımdan keçdi, fırlandım dala baxdım ki, bu nə etdi? Elə o an güclü bir yumruq dəydi mənə. Çox pis vurdu. Bir o yadıma gəlir, ondan sonrasını xatırlamıram, başım fırlandı. Hələ də fikirləşirəm ki, o yumruq mənə niyə dəydi görəsən… Sonra dedim yəqin fikirləşib ki, mən o qıza sataşdım filan. Bilmədim, mənə qaranlıq qaldı”. pizza hut

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!