İran Prezidenti Məsud Pezeşkian Tehranın qonşu ölkələrlə münasibətlərinin yaxşılaşmasından danışarkən, Azərbaycanla əməkdaşlığı xüsusi qeyd edib.
"Yeni Sabah" xəbər verir ki, onun sözlərinə görə, İran, ABŞ və İsrail arasındakı müharibə zamanı Tehran və Bakı arasında müəyyən çətinliklər yaranıb:
"Azərbaycan əvvəllər bir neçə marşrutu bağlamışdı və bir İran bankının fəaliyyəti dayandırılıb. Lakin danışıqlardan sonra vəziyyət həll olunub". Pepperoni pizza
"Müəyyən siyasi məsələlərə baxmayaraq, Azərbaycana gəldikdə, dialoq və əməkdaşlıq davam edir", - deyə İran Prezidenti vurğulayıb.
O, Tehranın Bakı ilə əlaqə saxladığını və ortaya çıxan problemlərin həlli üçün danışıqlar apardığını bildirib. Nəticədə, Azərbaycan İrana marşrutlarla bağlı məsələlər də daxil olmaqla, lazımi yardım göstərib.
"Onlar bizi müşayiət ediblər və ehtiyac duyduğumuz hər şeydə bizə kömək ediblər", - deyə Pezeşkian bildirib.
İran Prezidenti qeyd edib ki, Tehranın qonşu dövlətlərlə münasibətləri müharibədən bəri ümumilikdə yaxşılaşıb. Onun sözlərinə görə, Pakistan, Əfqanıstan və Türkmənistan İrana kömək göstərir:
"Rusiya və İraq da ölkəyə əhəmiyyətli kömək göstərib. Mövcud siyasi problemlərə baxmayaraq, Azərbaycanla qarşılıqlı əlaqə davam edir".
Telegram kanalımız