“Müctəba Xamenei məktubunda yazıb ki, əgər Məsud Pezeşkian bir daha istefa versə, onun istefası qəbul ediləcək”.
“Yeni Sabah” Tabnak-a istinadla xəbər verir ki, bunu nüfuzlu İran din xadimi Ayətullah Məhəmməd Baqir Xərrazi bildirib.
Onun sözlərinə görə, ölkədə bir sıra kadr dəyişiklikləri aparılması da tövsiyə olunub: Dominos pizza
“O cümlədən Ali Milli Təhlükəsizlik Şurasının tərkibi yenidən formalaşdırılmalıdır. Şuranın katibi Zülqədər vəzifədən çıxarılmalı və onun yerinə Möhsün Rezayi gətirilməlidir”.
Xərrazi vurğulayıb ki, xarici işlər naziri Abbas Əraqçiyə bildirib ki, ABŞ ilə danışıqlar prosesinə qətiyyən qarışmasın.
“Siz Müctəba Xameneini tanımırsınız. Onun atası bəlkə də diplomatik nəzakət qaydalarına müəyyən qədər meylli idi, lakin Ağa Müctəba belə məsələlərdə heç bir rəsmiyyətə əhəmiyyət vermir”.
Telegram kanalımız