Pezeşkian Tramp barədə danışdı: “Onu öldürməyə çalışmırıq”

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkian Tramp barədə danışdı: “Onu öldürməyə çalışmırıq”

Dünya

25 Sentyabr 2026 08:00 84


İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd planı hazırladıqları barədə ittihamları rədd edib.

“Yeni Sabah” xəbər verir ki, Pezeşkian Nyu-Yorkda jurnalistlərlə görüşündə İran hökumətinin Trampı və onun ailə üzvlərini öldürmək niyyətində olmadığını bildirib.

“Biz açıq və ya gizli şəkildə Trampı və ya onun ailə üzvlərini sui-qəsd yolu ilə aradan götürməyə çalışmaq fikrində olmamışıq. Bu, İran hökumətinin mövqeyi olmayıb”, - deyə o qeyd edib. Prezident İranın müharibə, nüvə proqramı, ABŞ sanksiyaları və ölkə daxilindəki vəziyyəti barədə də danışıb. O, sanksiyaların İran iqtisadiyyatına və əhalinin gündəlik həyatına ciddi təsir göstərdiyini deyib. Pezeşkian ABŞ ilə razılaşma əldə etməyə hazır olduqlarını da açıqlayıb. Onun sözlərinə görə, mümkün razılaşma ABŞ-də keçiriləcək aralıq seçkilərlə əlaqələndirilməməlidir. Dominos pizza

İran Prezidenti ölkəsinin ABŞ-nin hərbi təzyiqləri qarşısında təslim olmayacağını bildirib. O, ABŞ-nin böyük hərbi imkanlara malik olduğunu qəbul etsə də, İranı təslim olmağa məcbur etməyin mümkün olmadığını vurğulayıb.

Pezeşkian həmçinin ABŞ-nin regiondakı hərbi bazalarının İran ərazisinə qarşı hücumlarda istifadə edildiyini iddia edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!