10 il fasilədən sonra klip çəkdirən müğənni Günel Ələkbərova (“Pişik” Günel) yeni klipi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Maqazin Plus” proqramına danışan ifaçı deyib: “Düz 10 ildən sonra işini bəyəndiyim Xəyal Hüseynova müraciət etdim”.
“TikTok”dan aktiv istifadə edən müğənni üzünübu platformaya xoş baxmayan insanlara tutub: pizza hut
“Tərbiyəsiz, əqidəsiz, əxlaqsız insanlar “Facebook”da da, “İnstagram”da da var. Tərbiyəsiz hər yerdə tərbiyəsizdir. Sosial şəbəkədə min hoqqadan çıxanlar daha çox izlənilir. Görürlər izləmə sayı çoxdur, onlar da hoqqa çıxarırlar.
Eləsi var ki, yalandan deyir, mən “TikTok”da elə-belə otururam. Şəxsən mənim maddi marağım olmasa, orada oturmaram. Məşhurların çoxu bu mövzuda yalan deyir. İnanmayın. Maraq var ki, oturub. Mənim orada gəlirim olmasa, daha səmərəli işlərlə məşğul olaram”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız