“Pişik” Güneldən aparıcı Zaura: “Beynimi xarab eləmə, yoxsa...”

“Pişik” Güneldən aparıcı Zaura: “Beynimi xarab eləmə, yoxsa...”

Şou Veb saytların hazırlanması

13 Fevral 2024 10:00 6977


"Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova ilə aparıcı Zaur Nəbioğlu arasında qalmaqal pik həddə çatıb.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, sənətçi Zaurun onun şəklini efirdə nümayiş edərək aşağıladığını, gözdən saldığını bildirib.

Günel aparıcıya Zaura son xəbərdarlığını ünvanlayıb:

"Veriliş var ki, ora rahatlıqla qonaq gedirəm. Çünki bilirəm, o verilişlərin aparıcıları sənətimi yerə vurmayacaqlar. Amma elə proqramlar var ki, ora getmək istəmirsən, çünki özünü orada görmürsən. Savadı olmayan bir aparıcı sənə nə sual verəcək?! Onun mənə verdiyi sualdan qıcıqlanacağam, əsəbiləşəcəyəm. Ondansa, getmərəm. Ora gedən zamanı övladıma həsr edərəm, onunla birgə vaxtı keçirərəm.

Kimlərsə, sənin bu sənətdə çəkdiyin əziyyətini yerə vurur. Halbuki gözəl bilir, dəfələrlə Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etmişəm.

O aparıcı ilə münasibətim yoxdur. Verilişinə bir neçə müğənnini çağırır, şəkillərimi göstərir, müzakirə edib məni aşağılayırlar. Bunları etməyə heç kimə yol vermərəm.

Məni danışmağa vadar edirlər. Hər kəsə həddini bildirməliyəm. Son dəfə deyirəm, beynimi xarab eləmə. Sənin haqqında elə açıqlamalar verərəm ki, ümumiyyətlə daha veriliş apara bilmərsən".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!