Malayziyanın Lenqonq şəhərində meymun balasını övladlığa götürən pişik sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, yoldan keçən biri kiçik bir meymunun pişiyə yapışaraq gəzdiyini görür. Yerli sakinlərdən onlar haqda maraqlanan şəxs meymunun anasının öldüyünü, pişiyin körpə meymuna analıq etdiyini deyib.
Həmin kadrları sosial şəbəkə hesabında yayımlayan şəxs qısa zaman ərzində trendlərdə birinci olub. pizza
Kadrlarda övladlığa götürən ana pişiyin küçədə necə gəzdiyi və “balasını” aparması əks olunub.
Qısa zaman ərzində videoya 3 milyondan çox baxış və minlərlə şərh gəlib.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız