Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Qərb ölkələrini tənqid edib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.
Podolyak qeyd edib: “Tammiqyaslı savaş dünya liderlərinin sürətli və cəsur qərarlar verməsi üçün kifayət qədər qanlı deyil? Uzaqmənzilli raketlər və təyyarələr əldə etmək üçün daha neçə Mariupol dağıntı altında qalmalıdır? Beynəlxalq şirkətlərin Rusiya ilə işləməyi dayandırması üçün daha neçə Buça yox olmalıdır?. pizza sifarişi
Xatırladaq ki, ötən gün Ukrayna prezidenti Volodimir Zelenski də analoji fikirlərlə çıxış edərək qərbli tərəfdaşlarını sərt tənqid etmişdi. Dövlət başçısı Ukraynaya vəd edilən silahların gecikdirilməsi səbəbindən cəbhədə hər gün onlarla ukraynalı hərbçinin həlak olduğunu dilə gətirmişdi.
Telegram kanalımız