Polietilen torbaların ödənişli olması ilə bağlı daha bir açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Polietilen torbaların ödənişli olması ilə bağlı daha bir açıqlama

Sosial

10 Fevral 2023 18:05 967


"Düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan istifadəni azaldacaq".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təcrübədən yola çıxılıb. Dominos pizza

Polietilen torbaların ödənişli olması 2021-ci il iyulun 1-dən nəzərdə tutulmuşdu:

"Polietilen torbaların ödənişli olması ilə bağlı qərar bir müddət bundan əvvəl verilib. Qərara əsasən, 2021-ci il iyul ayının 1-dən polietilen torbaların ödənişli olması nəzərdə tutulsa da, təəssüf ki, bu günə kimi müvafiq qurumlar tərəfindən bu qərara riayət edilmir. Lakin biz düşünürük ki, tez bir zamanda buna başlanılacaq. Amma bunun nə zaman başlaması ilə bağlı məsələ ETSN-nin səlahiyyətində deyil".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!