Polis axşam saatlarında çimərliklərə girişi dayandırıb? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Polis axşam saatlarında çimərliklərə girişi dayandırıb? - AÇIQLAMA

Sosial

06 Avqust 2023 23:23 2011


Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar.

Bu barədə Oxu.Az-a ətrafdakı vətəndaşlar məlumat veriblər.

Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər. pizza mizza

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır:

“Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!