Polis kəndinə icazəsiz getmək istəyən Ağdam sakinini saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis kəndinə icazəsiz getmək istəyən Ağdam sakinini saxladı

Sosial

02 Aprel 2021 12:13 551


Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon sakini Ələmdar Şükürov Qərvənd kəndi ərazisindən işğaldan azad edilmiş ərazilərə keçmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onun barəsində protokol tərtib edilib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!