Polis qonaq gedən korona xəstəsini saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis qonaq gedən korona xəstəsini saxladı

Sosial

23 Oktyabr 2021 09:48 666


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini Sevil Qayxanovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Belə ki, həmin şəxs idarə etdiyi “Opel” markalı avtomobillə qohumlarına qonaq gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evinə geri qaytarılıb. pizza hut

S.Qayxanova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!