Polis Xocəvəndə keçmək istəyən 9 nəfəri saxladı

saytların hazırlanması

Evə çatdırılma

Polis Xocəvəndə keçmək istəyən 9 nəfəri saxladı

Sosial

01 Dekabr 2021 11:11 660


Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisinə qanunsuz keçmək istəyən 9 nəfəri saxlayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır. pizza hut

Mina və digər partlayıcı vasitələrin yaratdığı təhlükələri nəzərə alaraq vətəndaşlarımıza işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!