“Polislərin təhlükəli işlərinə görə çox maaş almaması dövlət və hakimiyyət üçün utancvericidir”

saytların hazırlanması

Evə çatdırılma

“Polislərin təhlükəli işlərinə görə çox maaş almaması dövlət və hakimiyyət üçün utancvericidir”

Dünya

02 İyul 2023 15:25 867


Litva polisi aşağı maaş və həddindən artıq iş yükü səbəbindən NATO-nun Vilnüs sammiti günlərində etiraz aksiyası təşkil etmək planından imtina etmək niyyətində deyil.

Yenisabah.az xəbər verir ki, bu barədə “LRT” milli radiosunun efirində “Polis Zabitləri Birliyi”nin sədri Roma Katinene bildirib.

“Polisin öz fikrini bildirməsi üçün yanlış vaxt yoxdur. Belə bir məqamda etiraz etməkdən utanmaq bizə yaraşmaz. Polis əməkdaşlarının təhlükəli işlərinə görə kifayət qədər maaş almaması dövlət üçün, hakimiyyət üçün utancvericidir. Bu, onların motivasiyasına mənfi təsir göstərir”-deyə, o bildirib. Marqarita pizza

Həmkarlar ittifaqı öz üzvlərini son vaxtlar xeyli artan iş yükünə etiraz etməyə, əmək haqqının artırılmasını və polis əməkdaşlarının tibbi reabilitasiyası üçün daha çox vəsait tələb etməyə çağırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!