Polşa Türkiyədən alınan ilk "Bayraktar TB2" PUA-sı alıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Mariuş Blaşçak bildirib.
“İlk "Bayraktar"lar artıq 12-ci bazadadır. Türkiyədə ilk idarəçilər təlim keçib. Bu, Polşa ordusunun təchiz edilməsi prosesində mühüm mərhələdir”, - deyən nazir bu PUA-ların həm kəşfiyyat, həm də zərbə missiyalarını yerinə yetirə biləcəyini vurğulayıb. Sezar pizza
Polşaya çatdırılan ilk sistemə 6 PUA və 3 idarəetmə stansiyası daxildir. Bundan əlavə, yerüstü dəstək sistemləri, ehtiyat hissələri və diaqnostika üçün avadanlıqlar gətirilib.
Telegram kanalımız