Polşa liderindən təklif: “Rusiyanın təslim olma aktı bu şəhərdə imzalansın“

saytların hazırlanması

Evə çatdırılma

Polşa liderindən təklif: “Rusiyanın təslim olma aktı bu şəhərdə imzalansın“

Dünya

01 Fevral 2023 12:06 817


Polşa prezidenti Anjey Duda Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə maraqlı təklif verib.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, o, Rusiyanın məğlub olduqdan sonra kapitulyasiya aktı imzalaması mərasiminin Pereyaslavda baş tutmasını xahiş edib:

“Mən dedim ki, Volodimir, tariximizə baxaq, bu yollar bir vaxtlar necə ayrılıb... Xahiş edirəm, Rusiyanı məğlub edəndə və ruslar kapitulyasiya üçün diz çökəndə, onları Pereyaslava aparın, qoy, sizinlə sülhü orada imzalasınlar. Qoy, bütün o illərdə davam etmiş sovet və rus təsirinin üstündən xətt çəkilsin və çarizm dövründən son vaxtlara qədər davam edən əsarətin özü əsarət altında qalsın”b. Dominos pizza

Qeyd edək ki, paytaxt Kiyevin yaxınlığında yerləşən Pereyaslav şəhəri slavyan xalqlarının tarixi baxımından önəmli nöqtələrdən biridir. 1239-cu ildə monqol istilası zamanı dağıdılan şəhərdə daha sonra – 1654-cü ildə Şərqi Ukraynanın Moskva knyazlığına ilhaqı barədə razılaşma imzalanıb. Razılaşmanı imzalayan kazak atamanı Xmelnitskinin şərəfinə uzun müddət şəhər Pereyaslav-Xmelnitski adlandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!