Polşa Saakaşvilini qəbul etməyə hazırdır - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

Polşa Saakaşvilini qəbul etməyə hazırdır - Baş nazir

Dünya

10 Fevral 2023 17:29 700


Varşava Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini ölkədə müalicə üçün qəbul etməyi təklif edib.

Yenisabah.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Bu barədə o, Aİ sammitində keçirdiyi mətbuat konfransında danışıb:. Sezar pizza

“Polşa Gürcüstan hökumətinə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin müalicə üçün Polşaya göndərilməsi təklifi ilə çıxış edib".

Bundan əvvəl Gürcüstan hakimiyyəti eks-prezident Mixail Saakaşvilinin amnistiyaya məruz qalmayacağına söz vermişdi. Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Gürcüstan parlamenti siyasətçiyə amnistiya haqqında qanun qəbul etməyəcək.

Onun sözlərinə görə, amnistiya qanunu konkret bir şəxsə uyğunlaşdırıla bilməz.

Fevralın 6-da məhkəmə keçmiş prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib. Siyasətçi bu qərarı ölüm hökmü adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!