Polşada yaşayan azərbaycanlılar üçün velotur təşkil olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Polşada yaşayan azərbaycanlılar üçün velotur təşkil olundu - Fotolar

Dünya

17 İyun 2023 23:05 1420


Bu gün Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub.

Polşada yaşayan azərbaycanlıların asudə vaxtının səmərəli keçirilməsi, azərbaycanlılar arasında şəbəkələşmənin inkişafı, gənclərimiz arasında sağlam həyat tərzinin təbliği məqsədilə həyata keçirilən velotur iştirakçılarına “PolCare” platformasının həmtəsisçiləri Yusif Əfəndizadə və Yusif Məmmədov tərəfindən  təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Marqarita pizza

Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib.

Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş “Pole Mokotowskie” metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.

Son məntəqəyə çatan tur iştirakçılarına açıq hava, göl kənarında piknik təşkil olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!