“Porsche” ilə qəza törədən milyonçunun qardaşı oğlu imiş: Sərxoş olub

saytların hazırlanması

Evə çatdırılma

“Porsche” ilə qəza törədən milyonçunun qardaşı oğlu imiş: Sərxoş olub

Kriminal

26 May 2021 11:55 1931


Xəbər verdiyimiz kimi, Bakıda gecə saatlarında “Porsche” markalı avtomobil qəza törədib. 

Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib. Lakin rəsmi sənədlərdə "Porsche"ni Teymur Əhmədovun sürdüyü qeyd edilib.

“Yeni Sabah” xəbər verir ki, Avtosfer.az-ın əldə etdiyi xəbərə görə, qəza törənən vaxt sükan arxasında Teymur Əhmədov olub. Lakin o, sərxoş vəziyyətdə olduğu üçün məsuliyyətdən yayındırmaq səbəbi ilə avtomobilin Süleymanova Aytən Qabil qızı tərəfindən idarə edilməsi bildirilib. pizza sifarişi

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatda həmçinin bildirilir ki, qəzanı törədən Teymur Əhmədov məşhur milyonçu Fərhad Əmədovun qardaşı oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!