Portuqaliyanın baş məşqçisi iki oyunçunu müqayisəsini apardı

saytların hazırlanması

Evə çatdırılma

Portuqaliyanın baş məşqçisi iki oyunçunu müqayisəsini apardı

İdman

02 İyul 2026 15:00 63


Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Xorvatiya ilə oyun öncəsi Kriştianu Ronaldo və Luka Modriç haqqında danışıb.

“Yeni Sabah” xəbər verir ki, 52 yaşlı ispan çalışdırıcı hər iki ulduzla bağlı xoş sözlərini çatdırıb:

“Söhbət ictimai rəyin fövqündə dayanan futbolçulardan gedir. Onlar futboldakı uzunömürlü karyeraları sayəsində xüsusi status qazanıblar. 40 yaşını keçməsinə baxmayaraq, hələ də bir çox oyunda həlledici rol oynayan Luka Modriçdən danışırıq. pizza sifarişi

Eyni sözləri komandamızın kapitanı olan Kriştianu Ronaldo haqqında da demək olar. Kim yaşdan danışır? Yaş sadəcə rəqəmdir. Əsas olan onların meydanda etdikləri və paltardəyişmə otağında davranışları ilə komandaya nümunə olmalarıdır.

Luka Modriб futbolu sevən milyonlarla gənc və gələcək nəsillər üçün örnəkdir. Düşünürəm ki, futboldakı bu uzunömürlülük həm kapitanımızı, həm də Luka Modrići futbolun ikonalarına çevirib”.

Xatırladaq ki, mundialın maraqla gözlənilən Portuqaliya-Xorvatiya dueli Bakı vaxtı ilə 03:00-da baş tutacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!