“Pozuculuq hərəkətlərinin qarşısının alınacağına əminəm” - Fuad Ələsgərov

saytların hazırlanması

Evə çatdırılma

“Pozuculuq hərəkətlərinin qarşısının alınacağına əminəm” - Fuad Ələsgərov

Siyasət

29 Yanvar 2019 02:19 1450


“Azərbaycanı yenidən xaos, anarxiya girdabına yuvarlamağa, müstəqillik yolundan sapdırmağa yönəlmiş pozuculuq hərəkətlərin, qanunsuz əməllərin qarşısının daxili işlər orqanları tərəfindən bundan sonra da qətiyyətlə alınacağına əminəm”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov DİN-in kollegiya iclasında deyib.

F. Ələsgərov bildirib ki, prezident ictimai qaydanın, insan hüquq və azadlıqlarının nümunəvi qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə daxili işlər orqanlarının rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirir. Polisin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirən şöbə müdiri respublikada ictimai-siyasi sabitliyin, habelə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, cinayətlərin yüksək açılma göstəricilərinin arxasında şəxsi heyətin gecəli-gündüzlü, fədakar xidmətinin dayandığını vurğulayıb. O, xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!