Premyer Liqada 23-cü tur: “Kəpəz“ “Şamaxı“ya qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Premyer Liqada 23-cü tur: “Kəpəz“ “Şamaxı“ya qalib gəldi

İdman

17 Fevral 2023 16:41 918


Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib. 

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Kəpəz" doğma meydanda "Şamaxı"nı qəbul edib. 5 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəlib - 3:2. "Kəpəz" bu qələbə sayəsində sonuncu yerdən 8-ci pilləyə yüksəlib.

Qeyd edək ki, tura 18 və 19 fevral tarixlərində keçiriləcək ümumilikdə 4 oyunla yekun vurulacaq.

17 fevral (cümə)

14:00. “Kəpəz” – “Şamaxı” - 3:2 

Qollar: Abdullahi Şuaybu, 10 (1:0), Fuad Bayramov, 22 (1:1), Mate Kvirkviya, 53 (2:1), Rəhman Daşdəmirov, 62 (2:2), Mate Kvirkviya, 72 (3:2)

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov

Gəncə şəhər stadionu

18 fevral (şənbə)

15:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

Qəbələ şəhər stadionu

17:30. “Neftçi” – “Səbail”

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev

“Bakcell Arena”

19 fevral (bazar)

16:30. “Sabah” - “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı

“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!