Prezident: Azərbaycana görə onu “xarici agent” elan etdilər

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Azərbaycana görə onu “xarici agent” elan etdilər

Siyasət

13 İyul 2026 11:51 93


Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Özünün də dediyi kimi, təxminən 40 il Rusiyada "ezamiyyətdə" olub, amma bu illər ərzində Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. O, həmişə bizimlə olub, uğurlarımıza sevinib, çətin günlərimizdə bizimlə birlikdə narahatlıq keçirib. pizza hut

İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı. Bu, onun xarakterini, xalqına və Vətəninə bağlılığını nümayiş etdirirdi. O, eyni zamanda informasiya blokadasının yarılmasına da ciddi töhfə verdi”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev qeyd edib ki, Mixail Qusman burada müəyyən mənada zərər çəkənlərin adından çıxış edir: “Keçən il məhz bu forumda mənə verdiyi bir suala görə, bildiyim qədəri ilə elə həmin yerdə otururdu, onu onilliklər ərzində xidmət etdiyi, inkişafı üçün böyük əmək sərf etdiyi təşkilatda tutduğu vəzifədən uzaqlaşdırdılar. Ötən il Rusiyada başqa zərər çəkənlər də oldu. Bu gün onlardan birini burada görmürəm. Ümid edirəm ki, həbs edilməyib. Allah ona can sağlığı versin. Bir nəfəri Azərbaycan Prezidenti ilə bağlı müsbət sual verdiyinə görə işdən çıxardılar. Digərini isə Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi üçün "xarici agent" elan etdilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!