Prezident: BMT qətnamələrin icrasında heç bir rol oynamayıb

saytların hazırlanması

Evə çatdırılma

Prezident: BMT qətnamələrin icrasında heç bir rol oynamayıb

Siyasət

01 Sentyabr 2026 14:58 75


Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsinə toxunub.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı bu barədə “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı danışıb.

İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 30 il sonra – üç il əvvəl icra olunub. Marqarita pizza

Prezident qeyd edib ki, təəssüf ki, BMT həmin qətnamələrin icrasında heç bir rol oynamayıb. Onun sözlərinə görə, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib.

Dövlət başçısı vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin etmək üçün müvafiq mexanizmlərin hazırlanması zəruridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!