Prezidenti İlham Əliyev iyulun ortalarında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüşün keçirildiyini təsdiqləyib.
"Yeni Sabah" Interfax-a istinadla xəbər verir ki, obunu Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında açıqlayıb.
Dövlət başçısının sözlərinə görə, Almaniya nümayəndələri iyulun 12-də Berlindən reyslə Bakıya gəlib və iyulun 14-dək Azərbaycanda qalıblar. Rusiyanın keçmiş baş naziri Viktor Zubkov və Prezident yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev də iyulun 12-də Moskvadan reyslə Bakıya gəliblər: pizza mizza
"Onlardan biri iyulun 13-də, digəri isə iyulun 14-də Azərbaycanı tərk edib".
"Biz görüş haqqında nə Rusiyadan, nə də Almaniyadan heç bir məlumat almışıq. Ölkəmizin ərazisi xəbərimiz olmadan bu görüş üçün istifadə edilib. Mən də bu görüşün məzmunu barədə heç nə deyə bilmərəm, çünki orada iştirak etməmişik. Lakin uçuş məlumatları mənə Bakıda gizli görüşün keçirildiyi qənaətinə gəlməyə imkan verir", - deyə Prezident Əliyev bildirib.
O əlavə edib ki, əgər bu cür təmaslar Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasına töhfə verə bilərsə, Azərbaycan bu cür səyləri yalnız alqışlaya bilər.
"Məqsədimiz bu münaqişəyə mümkün qədər tez son qoymaq və regionda sülhü bərpa etməkdir", - deyə Prezident qeyd edib.
Telegram kanalımız