Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu

Siyasət

12 May 2026 19:53 75


Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - məlumatda qeyd olunub. Marqarita pizza

Ş. Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Ş. Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.

Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.

Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!