Prezident pensiya artımı ilə bağlı sərəncam imzaladı -   Bu şəxslərə şamil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Prezident pensiya artımı ilə bağlı sərəncam imzaladı - Bu şəxslərə şamil olunacaq

Sosial

09 Fevral 2026 17:05 4020


Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.

“Yeni Sabah” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək. Sezar pizza

Sərəncama əsasən, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!